`Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq`- Pakistandan dəstək


01:12     08 Sentyabr 2017 aze-pakistan.jpg

Pakistanın Müdafiə Günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində qəbul keçirilib.


Femida.az -ın məlumatına görə, qəbulda Azərbaycandakı diplomatik korpus nümayəndələri və hərbçilər iştirak edib. Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Said Xan Mohmand bildirib ki, Müdafiə Günü 1965-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunur.

Səfir bildirib ki, Pakistan ordusu bu gün də layiqli şəkildə öz ölkəsini müdafiə edir: "Pakistan nüvə ölkəsidir. Biz dünyanın beşinci ən güclü ordusuna malikik. Pakistan bu gün də dünyada sülhməramlı əməliyyatlarda iştirak edir. Biz terrorizmə qarşı mübarizədə də böyük nailiyyətlər əldə etmişik. Ölkəmiz ən acılı problemi olan Kəşmir məsələsinin sülh yolu ilə həllinə tərəfdardır. Biz həmçinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq və münaqişənin BMT qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdarıq".

Açar sözlər:

Oxunub: 1553